AZ

Putin orduda Burevestnik in raketi üçün infrastrukturun hazırlanmasını tapşırıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin nüvə enerjili qurğuya malik "Burevestnik" raketinin orduda yerləşdirilməsi üçün infrastrukturun hazırlanmasına başlamağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə Putin hərbi raket sınaqları ilə bağlı müzakirə zamanı bildirib.

"Mümkün istifadə üsullarını müəyyənləşdirmək və bu silahları silahlı qüvvələrimizə yerləşdirmək üçün infrastruktur hazırlamağa başlamaq lazımdır", - Rusiya lideri baş qərargah rəisi Valeri Gerasimova tapşırıq verib.

Putin həmçinin qeyd edib ki, dünyada nüvə enerjisi qurğusuna malik "Burevestnik" qanadlı raketinin analoqu yoxdur. "Mənim sənaye tərəfindən hesabatım var. Ümumilikdə Müdafiə Nazirliyinin qiymətləndirmələri məlumdur. Bu, dünyada heç kimin sahib olmadığı unikal məhsuldur", - o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
1
icma.az

2Mənbələr