AZ

Banklar bu il dövlətə 214.5 mln. manat mənfəət vergisi ödəyib

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən banklar ümumilikdə 910,7 milyon manat xalis mənfəət əldə ediblər.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə bankların əməliyyat mənfəəti 1 milyard 373,2 milyon manat təşkil edib.

Bank sektoru ilin ilk doqquz ayında dövlət büdcəsinə 214,5 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu öncəki ilin müvafiq dövründə 190,6 mln. manat idi.

 

Seçilən
51
1
banker.az

2Mənbələr