AZ

Elan Rikardo Braziliyada U-20 komandasına göndərilib

“Beşiktaş” klubunun icarəyə göndərdiyi kolumbiyalı futbolçu Elan Rikardo Braziliya təmsilçisi “Atletiko Paranaense”də gözləntiləri doğrulda bilməyib.

Missiya.Az “Globo Esporte”yə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi klubun baş məşqçisi Odair Hellmanın qərarı ilə U-20 komandasına göndərilib.

Fevral ayında Kolumbiyanın “La Equidad” klubundan “Beşiktaş”a transfer olunan Elan Rikardo İstanbul təmsilçisinin heyətində rəsmi oyuna çıxmadan avqustda “Atletiko Paranaense”yə icarəyə verilmişdi. Lakin futbolçu Braziliya klubunda da əsas heyətdə öz yerini tuta bilməyib.

Gənc oyunçu “Atletiko Paranaense”nin heyətində cəmi iki kubok görüşündə iştirak edib və 46 dəqiqə meydanda qalmasına baxmayaraq, məhsuldar fərqlənə bilməyib.

Mənbənin məlumatına görə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasına onun Braziliya futboluna tam uyğunlaşa bilməməsi və klubun oyun sisteminə adaptasiya çətinlikləri səbəb olub.

Elan Rikardonun “Atletiko Paranaense” ilə müqaviləsi 2026-cı il iyunun 30-dək, “Beşiktaş”la müqaviləsi isə 2029-cu ilədək qüvvədədir.

Seyranə QuliyevaMissiya.Az 

Seçilən
42
1
missiya.az

2Mənbələr