ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kubada “Melissa” qasırğası səbəbindən 735 mindən çox insan təxliyə edilib.
Missiya.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Migel Dias-Kanel “X” sosial şəbəkəsində paylaşım edib.
Prezident bildirib ki, qasırğa ölkənin bir çox bölgəsində təhlükəli vəziyyət yaradıb:
“Bütün Kuba xalqı üçün çox çətin bir gecə olacaq, amma biz bunun öhdəsindən gələcəyik.”
ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, “Melissa” qasırğası Kubanın cənub-şərq sahillərinə 3-cü kateqoriya gücündə çatıb.
Qurumun oktyabrın 27-də yaydığı açıqlamada qeyd olunub ki, qasırğanın küləklərinin sürəti saatda 260 kilometrə çatıb və bu, “Melissa”nın intensivliyini 5-ci kateqoriyaya yüksəldib.
Seyranə QuliyevaMissiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.