Rusiyanın Novosibirsk şəhərində maraqlı, amma eyni zamanda ciddi hadisə baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib.
Rusiyanın Novosibirsk şəhərində bir kişi hamam vannasında girib çimmək istəyib, lakin çəkisinin çox olması səbəbindən çıxa bilməyib.
Məlumata görə, kişi 5 gün boyunca vannada ilişib qalıb, özü çıxmaq üçün cəhd etsə də, uğursuz olub. Nəticədə, o, yardım çağırmalı olub.
Bu müddət ərzində onun bədəni uyuşub və bədənində yaralar (proleziya) əmələ gəlib. Hadisə həkimlərin müdaxiləsi ilə başa çatıb və kişi tibbi nəzarət altına alınıb.
Xuraman Etibarlı
İnterpress.az