AZ

Trampın əmri dünyanı qorxuya saldı: 33 ildən sonra... Çıxış yolu

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Rusiya ilə nüvə tərksilahını müzakirə etməliyik. Çünki bu, fəlakətdən qaçmağın yeganə yoludur”.

Globalinfo.az xəbər verir ki, bnu ABŞ-ın demokrat senatoru Ed Marki deyib.

“ABŞ uzaqmənzilli raketdən müdafiə sistemlərinin hazırlanmasına yüz milyardlarla dollar xərcləyib. Onların heç biri etibarlı müdafiəni təmin etməyib. Şişirdilmiş müqavilələr qalır, nüfuzlu lobbiçilər onlardan qazanc əldə edirlər və ictimaiyyət ümidə qapılır”, – o bildirib.

Senatorun fikrincə, bu əsas məntiq qüsurludur və belə müdafiə səmərəsizdir:

“Bu, yalnız nüvə təhlükələrinin azaldılmasını çətinləşdirir. “Qızıl günbəz” adlanan layihəyə investisiya qoymaq əvəzinə, diqqətimizi nüvə silahlarının azaldılmasına yönəltməliyik”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamağı əmr edib. Qərar Rusiya lideri Vladimir Putinin “Burevestnik” raket sınağı barədə açıqlamasından sonra verilib.

Xatırladaq ki, ABŞ 1992-ci ildən bəri sınaq keçirməyib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr