Sumqayıtda ciddi yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.
Məlumata görə, Land Rover markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və dayanmış vəziyyətdə olan Chang’an, VAZ-2106 və Hyundai markalı avtomobillərlə toqquşub. Zərbənin gücündən Land Rover aşıb. Avtomobillərə ciddi zərər dəyib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.