AZ

Şirvanda ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Kia” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
45
1
apa.az

10Mənbələr