AZ

Ölkəyə gətirilən ət məhsulu qorxu yaratdı: Təhlükəsizliyimiz sual altındadır VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Monqolustandan Azərbaycana gətirilən donmuş quzu əti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, paylaşılan görüntülərdə işçilər donmuş vəziyyətdə olan quzu ətlərini buzluqdan çıxararaq qablaşdırırlar. Kadrlarda həmçinin ətin qiymətləri də qeyd olunub – topdansatışda 12 manat, pərakəndə satışda isə 12 manat 50 qəpik göstərilir.

İzləyicilər arasında bu görüntülər ciddi narahatlıq doğurub. İnsanlar sosial mediada yazırlar ki, son vaxtlar ət məhsullarından qaynaqlanan xəstəliklərin artdığı bir vaxtda bu cür mənşəyi və keyfiyyəti bilinməyən donmuş ətlərin ölkəyə gətirilməsi əhali üçün potensial təhlükə yarada bilər.

Mütəxəssislərin fikrincə, uzun məsafədən gətirilən və uzun müddət dondurulmuş ətlərin keyfiyyətinə nəzarət çox vacibdir. Belə məhsulların saxlanma və daşınma şəraiti pozularsa, ət tərkibində mikrobioloji dəyişikliklər baş verə bilər və bu da insan sağlamlığı üçün təhlükəlidir.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
avtosfer.az

1Mənbələr