AZ

Erməni terrorçu sərhəddə öldü

BAKI, 31 oktyabr. TELEQRAF

Samvel Ayrapetyan “Yerkrapa” terror təşkilatının (“könüllü dəstə” kimi yazılıb – red.) tərkibində döyüş vəzifəsini yerinə yetirərkən ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Onun ölümünün hansı şəraitdə baş verdiyinə istintaq zamanı aydınlıq gətiriləcək”, - təşkilatdan bildirilib.

Qeyd edək ki, “Yerkrapa” Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Təşkilat Ermənistan Müdafiə Nazirliyi tərəfindən sərhədin mühafizəsinə cəlb olunub. “Yerkrapa”nın lideri Sasun Mikayelyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvüdür.

Seçilən
29
teleqraf.com

1Mənbələr