AZ

“Mingəçevir”lə görüş “Qəbələ”nin futbolçusu üçün əlamətdar olub

Bizon Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə əlamətdar olub.

Apasport.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu klub tarixinə bir oyunda üç qol vuran 7-ci futbolçu kimi düşüb.

Bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

"Qəbələ"nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.

Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz Moldova ilə heç-heçə edib

"Qarabağ" - "Çelsi" oyununu ukraynalı hakimlər idərə edəcək

Bölgə klubu azarkeşlərinə görə cərimələnib

AFFA bu klublara texniki məğlubiyyət verib

Kadi Borges parataekvondoçuların məşqində iştirak edib

Seçilən
39
2
apasport.az

3Mənbələr