AZ

DTA: Qoruqların gəlirləri 10% artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqlarda bilet satışından 4,8 milyon manatdan çox vəsait əldə edilib.

APA-Economics” xəbər verir ki, bunu Palçıq Vulkanları Turizm Kompleksinə mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.

M.Ağabəyli bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10% çoxdur.

“Bu vəsait yenidən qoruqların inkişafına xərclənir”, - deyə o, əlavə edib.

Seçilən
48
apa.az

1Mənbələr