AZ

Trampın qalmaqallı qanun layihəsi Senatdan keçdi

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Senatında səsverməyə çıxarılan və Prezident Donald Trampın qarşılıqlı gömrük tariflərinin dayandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Lakin layihənin qanunlaşma ehtimalı olmadığı üçün bu səsvermə “simvolik” qərar kimi qiymətləndirilir.

"Cebheinfo.az" xəbər verir ki, Senatda keçirilən səsvermədə 4 respublikaçı senator Demokratlarla birlikdə “lehinə” səs verib və nəticədə layihə 51-47 səslə qəbul olunub.

Demokratlarla yanaşı, Respublikaçı Partiyadan senator Rand Paul, eləcə də senatorlar Mitch McConnell, Susan Collins və Lisa Murkowski layihənin lehinə səs verənlər arasında olub.

Səsvermənin nəticəsi, Trampın gömrük tariflərinin Amerika iqtisadiyyatına zərər verdiyini iddia edən Demokratlar və bu məsələdə Trampı tənqid edən bəzi Respublikaçılar üçün “simvolik bir qələbə” sayılır.

Nümayəndələr Palatasının sədri Mike Johnsonun bu qanun layihəsini palatada səsverməyə çıxarması gözlənilmədiyi və Trampın öz səlahiyyətlərini məhdudlaşdıran bu cür layihəni veto edəcəyi dəqiq olduğu üçün layihənin praktik təsiri olmayacaq.

Oxşar bir qanun layihəsi aprel ayının sonunda vitse-prezident JD Vansın bərabərliyi pozan səsi ilə 50-yə 49 nisbətində Senatda rədd edilmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr