AZ

Türkiyənin geyim istehsalçısı Azərbaycan bazarına çıxış imkanlarını nəzərdən keçirir

Bakı. Trend:

Azərbaycanda işimizi inkişaf etdirmək üçün yerli sahibkarlarladaha yaxın əməkdaşlıq etmək vacibdir.

Bunu Türkiyənin geyim və tekstil sahəsində fəaliyyət göstərən“MYN Triko” şirkətinin icraçı direktoru Metin Akyüz Türkiyə işadamlarının Bakıda keçirilən biznes görüşü çərçivəsində Trend-ə açıqlamasındadeyib.

O, Bakıya ticarət məqsədilə ilk dəfə gəldiyini bildirib və qeydedib ki, bu cür tədbirləri daha sıx təşkil etmək, daha ətraflıişlər aparmaq və hər iki tərəf üçün əldə ediləcək faydalarımaksimuma çatdırmaq lazımdır:

"Bu, çox dəyərlidir. Gələcəkdə bunun davamlı olmasına çalışmaqvacibdir.

Şirkətimizin məhsullarını Azərbaycanda indiyədək təqdim edəbilməməsində çatışmazlıqlar və qüsurlar ola bilər. Onları necəaradan qaldıracağıq? Daha çox tədbir keçirməli və daha yaxınəməkdaşlıq etməliyik. İndiyədək həmin sinerjini niyə yaradabilməmişik? Bunu düzgün dəyərləndirməliyik. Hər iki tərəf üçün olannarahatlıqları, qorxuları və iş inkişafını əngəlləyən faktorlarımüzakirə edərək, daha sıx əməkdaşlıqla bunları aradan qaldırmalı vəyeni iş sahələri yaratmalıyıq".

M. Akyüz daha sonra şirkəti barədə məlumat verib və Azərbaycanbazarına mümkün çıxış imkanlarını dəyərləndirib:

"Biz Türkiyədə hazır geyim sektoru üzrə fəaliyyət göstərir, düztoxuma və triko (toxunmuş və ya örülmüş parça və ondan hazırlanmışgeyim) istehsalı ilə məşğuluq. Bu məhsulları daha yüksək seqmentüçün həm daxili bazara, həm də ixrac üçün hazırlayırıq.

İxrac etdiyimiz ölkələr əsasən Şimali Avropa ölkələridir -Almaniya, Hollandiya, Belçika, Fransa və s. Azərbaycana isə indiyəqədər ixrac etməmişik. Lakin burada işimizi inkişaf etdirmək üçünyerli sahibkarlarla daha yaxın əməkdaşlıq etmək vacibdir. Bu cürgörüşlər gələcəkdə faydalı olacaq".

İş adamı şirkətlərinin Azərbaycanda mümükün filialının açılmasıimkanlarından da bəhs edib:

"Azərbaycanda şirkətimizin filialını açmaq üçün bu bazarı yaxşıaraşdırmalı və qarşılıqlı razılıqlar əldə etməliyik. Belə birmümkün filial vasitəsilə yerli sahibkarlar, yaxud Azərbaycan trikoistehsalçıları Türkiyədəki şirkətlərimizlə əməkdaşlıq edərək məhsulistehsal edib satışını burada həyata keçirə bilərlər. Bununnəticəsində bir sinerji və ticarət fəaliyyətləri yaranar.

Hazırda belə bir tələb və yaxınlaşma olmadığı üçün konkret birşey deyə bilmərəm. Amma tələb olarsa, işin inkişafı üçün buməsələni masaya qoyub müzakirə edərik.

Əvvəlcə sahibkarların təşəbbüsü önə çıxmalıdır. Yəni həmAzərbaycan, həm də Türkiyə tərəfdən investisiya qoymağa hazır olantəşəbbüskarlar olmalıdır. Bu olarsa, biz də öhdəliyimizə düşənləriyerinə yetirə bilərik".

Məqalədə:
Seçilən
21
2
az.trend.az

3Mənbələr