AZ

Gürcüstan hökuməti ölkənin bütün istiqamətlərdə inkişafı üçün strateji proqram hazırlayacaq

Tbilisi, 31 oktyabr, AZƏRTAC

Gürcüstan hökuməti 10 illik strateji proqram hazırlayacaq. Layihədə konkret yol xəritəsi olacaq və bunun əsasında növbəti illərdə ölkənin ardıcıl və sabit inkişafını təmin etmək mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bu günkü iclasında bildirib.

“Biz ölkənin 10 illik, o cümlədən 2026-2035-ci illər üzrə inkişaf strategiyası üzərində işə başlamaq, ölkənin bütün istiqamətlərdə inkişafı üçün əsas olacaq sənəd hazırlamaq istəyirik. Bu, konkret məqsəd və vəzifələri, habelə onların həyata keçirilməsi və başa çatdırılması üçün son tarixləri əks etdirən yığcam sənəd olmalıdır. Ətraflı təfərrüatlar daha sonra ictimaiyyətə açıqlanacaq. Düşünürəm ki, yaxın vaxtlarda sənəd üzərində işi başa çatdırmaq mümkün olacaq və o dərc olunacaq. Ona əsasən, yaxın illərdə ölkəmizin ardıcıl və sabit inkişafını təmin edəcəyik”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
13
1
azertag.az

2Mənbələr