AZ

"Barselona" ilə "Real Madrid" Avroliqadan ayrılırlar

BAKI, 31 oktyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" və "Barselona" basketbol klubları 2026/2027 mövsümündən etibarən Avroliqadan ayrılmağı və FIBA ​​Çempionlar Liqasında iştirak etməyi nəzərdən keçirirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Gazzetta.gr" saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar NBA Europe (NBA-nın Avropa layihəsi) ilə sıx əlaqədədirlər və burada onlara zəmanətli müqavilələr və maliyyə bonusları təklif olunur. Eyni zamanda, Avroliqanın səhmdarları hər iki kluba yeni 10 illik müqavilə bağlamağı tələb edirlər.

Daha əvvəl mətbuatda NBA-nın Avropa layihəsini 2027/2028 mövsümündə başlatmağı planlaşdırdığı bildirilirdi.

Seçilən
31
2
teleqraf.com

5Mənbələr