AZ

Azərbaycan Gravity Bach layihəsində

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Bakı vaxtı ilə saat 16.15-də İohan Sebastyan Baxın orqan musiqisinə həsr olunmuş 22 saatlıq beynəlxalq "Gravity Bach" marafonu canlı yayımlanacaq.Kulis.az xəbər verir ki, 14 konsert və 13 fasilədən ibarət layihə zamanı müxtəlif ölkələrin musiqi mədəniyyətlərinə həsr olunmuş qısametrajlı filmlər nümayiş etdiriləcək.Azərbaycandan layihədə Bakı Müasir Musiqi Cəmiyyəti (BMMC) iştirak edir.Layihənin bədii rəhbəri, alman prodüser Tilo Krauze Azərbaycanın video təqdimatını yüksək qiymətləndirib.Video üzərində Türkər Qasımzadə, Rəna Fəhradova, Orxan Babazadə, Fatimə Məmmədzadə, Firudin Allahverdi, Sara Timurova və operator Azər Həsənov çalışıblar."Gravity Bach" layihəsində Sting, Brayn May (Queen), Brayn Eno, Deyvid Qilmur (Pink Floyd), Yuja Vanq, Lanq Lanq, Daniel Hop kimi dünya səviyyəli musiqiçilər də iştirak edir. Qeyd edək ki, konsert marafonu Youtube platformasının "ARTE Concert" kanalında yayımlayanacaq.

"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

Aygün Kazımova ilə evlənmək fikrim yoxdur

Məşhur türk aktrisa vəfat etdi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
kulis.az

1Mənbələr