AZ

Abbas Abbasov: Kolonizasiya cinayətlərinə beynəlxalq qurumlar zəruri reaksiyanı göstərmirlər

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Dekolonizasiyaya mühüm töhfə verən Bakı Təşəbbüs Qrupu reperasiya və kompensasiya mövzusunu beynəlxalq təşkilatların gündəliyinə daşımağa çalışır".

Oxu.Az xəbər verir ki, bunu beynəlxalq təşkilat olan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlə açıqlamasında deyib.

O, bir neçə ildən sonra reperasiyalar və kompensasiyalar istiqamətində aidiyyəti beynəlxalq təşkilatların reaksiyaları artacağını bildirib:

"Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Mərkəzi Afrika ölkələrində, əsasən də Konqo Demokratik Respublikasında, Burundi və Ruandada törədilmiş qəddar kolonial cinayətlərə həsr edilmiş beynəlxalq konfrans keçirilir. Konfransda sözügedən ölkələrdən diplomatlar, elm xadimləri, tarixçilər, ekspertlər və media nümayəndələri iştirak edirlər.

BTQ son iki ildir fəaliyyətə başlayıb. Son bir ildə biz fəaliyyət istiqamətimizi genişləndirmişik.

Dekolonizasiya prosesinin mühüm hissəsi olan repressiyalar mövzuları çərçivəsində beynəlxaq layihələr həyata keçirməyə başlamışıq, konfranslar təşkil edirik.

Belçika 18, 19, 20-ci əsrlərdə törətdiyi kolonial siyasəti tətbiq etdiyi zaman insanlığa qarşı qəddar, vəhşi cinayətlər ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Lakin beynəlxalq ictimaiyyət, aidiyyəti beynəlxalq təşkilatlar zəruri reaksiyanı göstərmirlər.

Reperasiyalar və kompensasiya məsələlərinə diqqətdən irəli gələn bir mövzu müzakirə etmirlər.

Dekolonizasiyaya mühüm töhfəsi olan beynəlxalq təşkilat olaraq BTQ bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə daşımağa çalışır.

Bir neçə ildən sonra reperasiyalar və kompensasiyalar istiqamətində aidiyyəti beynəlxalq təşkilatların reaksiyaları artacaq. Dünya ictimaiyyəti ədalətli mövqe sərgiləyərək ölkələr Burundi, Ruanda, Konqo Demokratik Respublikasına ədalətli mövqe göstərəcəklər, bu istiqamətdə müsbət nəticə əldə ediləcək".

Abbas Abbasov əlavə edib ki, gələcəkdə müstəmləkə əsarəti altında olar ərazilərdən müraciətlər daxil olarsa, araşdırma aparılacaq və yeni əməkdaşlıqlar qurulacaq.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr