AZ

“AzerGold” məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib

“AzerGold” QSC yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.

QSC-dən verilən məlumata görə, dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb. Bu addım qızıl investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və sərfəli etmək məqsədi daşıyır.

Son aylarda dünya bazarlarında qızılın qiymətinin kəskin artması fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.

Yeni 1 qramlıq külçələr “AzerGold”un rəsmi satış nöqtəsi – Satış və mübadilə mərkəzi və onlayn platforması - www.azergold.giftvasitəsilə əldə edilə bilər.

Seçilən
24
20
vergiler.az

10Mənbələr