AZ

Polşa Avropa İttifaqından çıxa bilər

Bakı. Trend:

Polşa Avropa İttifaqından (Aİ) çıxma ehtimalını istisna etmir,belə ki, bir çox polyak siyasətçilər istənilən Avropa təşəbbüsünəqarşı çıxmağa meyllidirlər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri RadoslavSikorski bəyan edib.

Diplomat Polşanın Avropa İttifaqından çıxmasının real ssenariolub-olmadığı barədə sualı belə cavablandırıb: “Bəli, çünki bizdəelə siyasətçilər var ki, ehtiyat naminə hər bir Avropa təşəbbüsünə"yox" deyirlər. Xatırlayırsınızmı, Andjey Duda enerjiyə qənaət edənlampalara qarşı çıxmışdı? Sonradan məlum oldu ki, bu təklif AvropaŞurasında keçmiş prezident Lex Kaçinskinin iştirakı ilə təqdimolunub”.

Sikorskinin sözlərinə görə, Polşanın sağçı millətçiləriAvropadan gələn bütün təklifləri “mütləq səhv qərarlar” kimi qəbuletməyə öyrəşiblər.

Onun fikrincə, bu “zərərli təcrübədir”, çünki məhz belə yanaşma“Brexit”in (Britaniyanın Aİ-dən çıxması –red.) yaranmasına səbəbolmuşdu.

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr