AZ

“Təhsilin qarşısında duran ən mühüm məsələlərdən biri istedadlı uşaqların aşkar olunmasıdır” DEPUTAT

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bəlkə də bu gün təhsilimizin qarşısında duran ən mühüm məsələlərdən biri bacarıqlı və istedadlı uşaqların aşkar olunması və onların təhsil prosesinə, təlim prosesinə cəlb olunaraq bilik və bacarıqlarının artırılmasıdır”.

Bu fikirləri Gununsesi.info-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib:

“Bu gün bir strateji hədəf və məqsəd olaraq bu məsələ bizim qarşımızda durur. Bu prosesin həlli üçün bu istiqamətdə addımların atılmasına ehtiyac var və hazırda təhsil sistemində bu istiqamətdə işlər görülür.

Hesab edirəm ki, bu prosesdə liseylərimizin və gimnaziyalarımızın üzərinə böyük bir missiya düşür və bu missiya çox vacibdir. Bu prosesdə gimnaziya və liseylərimizin üzərinə böyük bir vəzifə düşür və onlar bu prosesə öz töhfələrini verirlər. Burada mən düşünürəm ki, söhbət həm müəllimlərdən gedir, həm də məktəblərdən gedir”.

Deputat qeyd edib ki, müəllimlər xüsusi istedadı, bacarığı olan uşaqlara daha çox diqqət və qayğı göstərməlidirlər və onlarla sistemli və davamlı işləməlidirlər:

“Onların təhsil prosesi, təhsillə bağlı məsələləri bir qədər fərqli olmalıdır və fərqli istiqamətdə inkişaf etməlidir. Yəni, bu proses qeyd etdiyimiz kimi fərqli yanaşma tələb edir və fərqli xarakter daşımalıdır.

Belə uşaqlarla xüsusi tədbirlər, xüsusi görüşlər, ayrıca təlimlər, ayrıca dərslər keçirilməli, yəni intensiv bir iş həyata keçirilməlidir. Eyni zamanda onlarda yumşaq bacarıqların formalaşdırılması üçün addımlar atılmalıdır, onların açıq ünsiyyətə cəlb olunması, debatların təşkil olunması, fikir və mülahizələrin ortaya qoyulması təmin edilməlidir.

Yəni, davamlı iş olmadan, davamlı fəaliyyət olmadan bu məsələlərə nail olmaq qeyri-mümkündür”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr