AZ

Fıstıq əzməsinin faydaları: Zülal, enerji və sağlamlıq mənbəyi

Fıstıq əzməsi son illərdə sağlam qidalanma siyahısında xüsusi yer tutur. Az karbohidratlı, zülal və sağlam yağlarla zəngin olan bu qida həm enerji verir, həm də toxluq hissini artırır.


Pravda.az bildirir ki, fıstıq əzməsinin tərkibində E vitamini, B qrup vitaminləri, fol turşusu, maqnezium, mis və manqan kimi orqanizm üçün vacib elementlər mövcuddur. Bu maddələr ürək-damar sağlamlığını qoruyur, enerji balansını tənzimləyir və əzələlərin bərpasına kömək edir.


Həmçinin, yatmazdan əvvəl bir qaşıq fıstıq əzməsi qəbul etmək bədənə rahatlıq verə, yuxunun keyfiyyətini artıra bilər. Bu təsir onun tərkibindəki triptofan və maqnezium sayəsində yaranır.


Lakin allergiyası olan şəxslərin fıstıq əzməsini istehlak etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 31 Oktyabr 2025, 16:22   
Seçilən
27
pravda.az

1Mənbələr