AZ

Biz yeni bir platforma yaratmalı və proseslərin içində olmalıyıq - BTQ rəsmisi

Bakı. Trend:

Biz dəfələrlə İnsan Hüquqları Komitəsinə və İnsan HüquqlarıŞurasına Fransa tərəfindən müstəmləkəyə çevrilmiş regionlarla bağlıhesabatlar təqdim etmişik.

Trend xəbərverir ki, bunu bu gün Bakı Təşəbbüs Qrupunun icraçı direktoru AbbasAbbasov Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən vəBelçikanın müstəmləkə keçmişinə, eləcə də onun hazırkı ağırfəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma vəMəsuliyyət” adlı beynəlxalq konfransda səsləndirib.

Onun sözlərinə görə, Fransız Polineziyası və Yeni Kaledoniyaməsələlərində bu istiqamətdə kifayət qədər müsbət nəticələr əldəolunub:

“Bu, sadəcə bir nümunədir, lakin mən inanıram ki, siz dəfəaliyyətinizi eyni dərəcədə ardıcıl və konstruktiv şəkildəqurmaqla nəticə əldə edə biləcəksiniz”.

O, həmçinin yeni bir platforma yaratmağın vacibliyinivurğulayıb: “Biz yeni bir platforma formalaşdırmalıyıq. Buplatformada proseslərin bir hissəsinə çevrilməli, beynəlxalqictimaiyyətə konkret sübutlar təqdim etməliyik”.

Abbasov növbəti mərhələdə atılacaq addımlardan da danışıb:“Birləşmiş Millətlər Təşkilatına təqdim olunacaq hesabatlarhazırlamalıyıq. Mən İnsan Hüquqları Komitəsinə və BMT Şurasınahesabat təqdim etməyə söz vermişdim. Eyni zamanda, biz ardıcılşəkildə meşə qırılması və təzminat məsələlərinə həsr olunmuşbeynəlxalq tədbirlər keçirməliyik”.

O əlavə edib ki, birlikdə təzminatlar üçün vahid strategiya vəya əməli fəaliyyət planı hazırlanması mümkündür: “Biz ideyalaraaçığıq, təkliflərə açığıq. Təzminatlar üçün yeni bir platformayaratmağa və ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq”.

Seçilən
43
az.trend.az

1Mənbələr