AZ

Öhdəlik daşıyan şəxslərlə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Maliyyə monitorinqi şöbəsi tərəfindən öhdəlik daşıyan 35-dən çox şəxslə “ƏL/TMM (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə mövcud vəziyyət və çağırışlar” mövzusunda görüş keçirilib.

Tədbirin əsas məqsədi ƏL/TMM sahəsində mövcud vəziyyətin və qanunvericiliyə edilmiş dəyişikliklərin müzakirəsi, çətinliklərin aradan qaldırılması üçün öhdəlik daşıyan şəxslərin təkliflərinin dinlənilməsi və bu sahədə fikir mübadiləsinin aparılması olub. DVX-nin Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinovun da iştirak etdiyi tədbirdə müvafiq təqdimat dinlənildikdən sonra öhdəlik daşıyan şəxslərin sualları cavablandırılıb, təkliflərləri müzakirə olunub.

Seçilən
33
1
vergiler.az

2Mənbələr