AZ

Dəfələrlə zolaq dəyişən sürücü qəzanın bir addımlığından döndü- VİDEO

ABŞ-də federal hökumət tərəfindən maliyyələşdirmənin dayandırılması (şatdaun) səbəbindən şərq sahilində hava nəqliyyatı sistemində işçi çatışmazlığına görə xeyli fasilələr yaranıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Bildirilir ki, ölkədə reyslərin gecikməsi və hava limanlarının işinin dayandırılması halları müşahidə olunur.

Aviasiya dispetçerlərinin çatışmazlığı Orlandoda və digər böyük hava limanlarında ləngimələrə və bütün Şərq sahili boyunca problemlərə gətirib çıxara bilər. Belə ki, Orlando beynəlxalq hava limanında reyslərin gecikməsi ortalama iki saat qırx dəqiqəyə çatıb. Eyni zamanda, bəzi reyslərin 12 saata qədər gecikdiyi, bir qisminin isə tamamilə ləğv edildiyi bildirilir.

Nyu-Yorkdakı Con F.Kennedi adına aeroport aviadispetçerlərin çatışmaması səbəbindən uçuşlara məhdudiyyətlər tətbiq edib. Ronald Reyqan adına aeroportda (Vaşinqton) da axşam saatlarında aviareyslərin dayandırıldığı qeydə alınıb.

Seçilən
14
avtosfer.az

1Mənbələr