ain.az bildirir, Demokrat.az portalına istinadən.
"Azərbaycan dövləti hazırda Qarabağda bərpa və tikinti işlərini sürətlə aparır. Bununla paralel olaraq, “Böyük Qayıdış” layihəsi çərçivəsində vaxtilə yaşayış yerlərini itirmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bu, çox böyük quruculuq prosesidir".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.O bildirib ki, Ermənistanın işğalı dövründə həmin ərazilərdə törədilmiş dağıntıların beynəlxalq aləmdə göstərilməsi də mühüm əhəmiyyət daşıyır:"Bu məqsədlə Azərbaycan hökuməti müxtəlif tədbirlər təşkil edir, xarici qonaqları və ölkə səfirlərini Qarabağa aparır. Onlara ermənilərin törətdiyi vandalizm faktları və azadlıqdan sonra həyata keçirilən bərpa işləri göstərilir. Bununla da Azərbaycan və Ermənistan arasındakı fərqlər aydın şəkildə nümayiş etdirilir.
Bu fəaliyyət həm də beynəlxalq səviyyədə xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində erməni diasporunun rüşvət və təsir yolu ilə formalaşdırdığı qərəzli mövqelər artıq iflasa uğrayır. Dünya ictimaiyyəti reallıqları və həqiqətləri birmənalı şəkildə görməyə başlayır".Qeyd edək ki, son zamanlar xarici qonaqların işğaldan azad olunan ərazilərə sıx səfəri baş tutur.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.