AZ

Bu regionlarda gedən münaqişə və müharibələr gələn turistlərin sayına ciddi mənfi təsir göstərir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Ölkəyə gələn turistlərin böyük hissəsi fərqli coğrafi regionlardan, əsasən Rusiya, Körfəz ölkələri və digər ölkələrdən olur.Buna baxmayaraq, regionlardan gələn turistlərin sayı azalmaqdadır”.Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu regionlarda gedən münaqişə və müharibələr gələn turistlərin sayına  ciddi mənfi təsir göstərir:“Məsələn, 2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən gələn turistlərin sayı 3.4 % azalıb.  Eyni  ilə Rusiyada mütəmadi müharibəyə səfərbərliklər və ölkə vətəndaşlarının kənara çıxmasında məhdudiyyətlər  turist  qabiliyyətliliyini aşağı salır. Bu da ümumi axına təsir edir. Turistlərin seçimində xidmət səviyyəsi, yerləşmə və iaşə xərcləri, “turizm məhsulu”nun keyfiyyəti mühüm rol oynayır. Azərbaycanda bu istiqamətdə çatışmazlıqlar da təsir edir. Qiymətlər yüksək ola bilər, bölgələrdə xidmət səviyyəsi istənilən səviyyədə deyil.  Hotellerin  qiymətlərinin baha olması  bir çox mərkəzlərdə göstərilən xidmətlərin müasir standartlara cavab verməməsini aid etmək olar. Qeyd etmək lazımdır ki  statistik olaraq tam azalma  deyil, bəzi dövrlərdə artım da qeydə alınıb.  Yəni azalma  termini konkret regionlar və dövrlər üçün keçərlidir”. Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
demokrat.az

1Mənbələr