Bakı. Trend:
Polşa ölkənin şimal-şərq sərhədlərinə dörd ərazi müdafiəbriqadası göndərəcək.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə NaziriVladislav Kosinyak-Kamış öz “X” səhifəsində paylaşım edib.
Nazirin sözlərinə görə, şimal-şərq sərhədində 1-ci Podlyaskabriqadası, 4-cü Varminsko-Mazurska briqadası, 19-cu Pribujskabriqadası və 20-ci briqada fəaliyyət göstərəcək.
Müdafiə naziri qeyd edib ki, bu addım NATO-nun şərq cinahını vəPolşanın şimal-şərq sərhədini möhkəmləndirməyə yönəlmiş növbətimərhələdir.
Qeyd edək ki, sentyabrın sonunda Polşa Belarusla sərhədi açaraq,keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsindən sonranəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılmasına başlayıb.