“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən tam orta məktəblərdə təhsil Azərbaycan dilində aparılır və şagirdlərə xarici dillər - İngilis, Fransız, Rus dilləri öyrədilir.
QHT.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən bir təhsil ocağında tədris olunan dərslər Azərbaycan dili ilə yanaşı, Rus dillində aparılır. Rus bölməsində təhsilin müvəffəqiyyətlə aparılması, şagirdlərin fərdi hazırlığından çox asılıdır. Məktəblilərdə xarici dilin (Rus dilinin) formalaşması, hazırlıq qruplarından başlayır və sonrakı təhsil dövründə, inkişaf etdirilir, təkmilləşir. Bununla yanaşı, rus dilində təhsil alan kontingent - oğlan və qızlar, - düzgün tələffüz, aydın və anlamlı danışıq qabiliyyəti, səlis diksiyaya müvəffəq olmaq sahəsində müəyyən çətinliklərlə üzləşirlər. “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi rus dilinin öyrənilməsi prosesinə kömək məqsədi ilə, uşaq və yeniyetmələr üçün treninqlər (təlimlər və məşğələlər) təşkil edir. Treninq həftədə 2 dəfə olmaqla, hər biri ( ümumi vaxt: 90 dəq. ərzində - 40 dəq +10 dəq.,tənəffüs (çay fasiləsi) + 40 dəq ., davamı, təşkil olunur.
Təlimin məzmunu sxematik olaraq, - oxu - lüğət üzərində iş, audio, video süjetlərlə iş, - yazı - söz ehtiyatının artırılması ( semantika, fonetika) - yeni sözlərin üzərində iş, inteaktiv müasir təlim metodikası ilə təşkil olunur.
Treninq zamanı, ardıcıl olaraq, rus dilinin fonetikası, düzgün tələffüz (artikulyasiya), fərdin rus dilində danışıq vərdişlərinin inkişafı, rus dilində ləhcəsiz danışıq bacarığına yiyələnmə, danışıq qabiliyyətinin daha da təkmilləşdirilməsi, söz ehtiyatının artırılması sahəsində praktik təlimlər, məşğələlər, keçirilir, aralıq nəticələr testlərlə müəyyən olunur.
Valideynlər, təlim prosesində iştirak edə bilərlər.
Əlaqə üçün şəxs: Rus dili və ədəbiyyatı müəllimi Namiq Nəcəfov
Ünvan; AZ1039., Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi,Vüqar Hüseynov küçəsi,giriş 16
Əlaqə telefonu (99450) 519 92 79
e-mail .: [email protected]