AZ

Çin yeni astronavt qrupunu kosmosa göndərir

Bakı. Trend:

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbətiastronavtlardan ibarət qrup - “Şencou-21” (Shenzhou-21) missiyasıkosmosa göndərilir.

Trend xəbər verir ki, bubarədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, “Şencou-21” missiyasında kosmosa astronavtlar CanLu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və CanHoncandan (yükləmə mütəxəssisi) uçacaq.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olankosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatəedən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlıiki laboratoriya modulundan ibarətdir.

“Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraqquraşdırılıb.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

8Mənbələr