AZ

Əhaliyə Xidmət Trestinin rəhbərliyi "vurulacaq", həm də bu səbəblərdən...


Əkrəm Həsənov: “Audit zamanı qanunsuzluq aşkar olunursa, həmin şəxs tək işdən azad edilməməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır”

Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib və onun fəaliyyəti daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.

Araşdırma zamanı məlum oldu ki, zamanla Əhaliyə Vətəndaşlıq Xidməti Tresti qəbiristanlıqlardakı məzarlara nəzarət, boş yerlərin satılması, məzar yerlərinin qiymətinə nəzarət edir. Trestin balansında olan qəbiristanlıqlar bələdiyyələrə təhvil verilsə də, bələdiyyələr hələ də bu mövzuda söz sahibi ola bilmir. Məlumata görə, paytaxtda olan böyük qəbiristanlıqlar bələdiyyələrə verilsə də, əvvəlki kimi Bakı Şəhər İcra Hakimiyyətinin Vətəndaşlıq Xidməti Trestinin idarəçiliyində qalıb.

Maraqlıdır, daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri vəzifəsindən azad oluna bilərmi?

Hüquqşunas Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxs işdən azad edilməlidir: “Həmin şəxsin işində nöqsanlara yol verdiyi aşkar edilibsə, məlum vətəndaş işdən azad olunmalıdır. Ümumiyyətlə, ciddi nöqsanlara yol verən şəxs tənqid olunmur, işdən çıxardılır və məsuliyyətə cəlb olunmalıdır. Nəzərə almaq lazımdır ki, audit zamanı qanunsuzluq aşkar olunursa, həmin şəxs tək işdən azad edilməməli, cinayət məsuliyyətinə də cəlb olunmalıdır. İstintaq orqanları adıçəkilən şəxsin, həmçinin, bu qurumda çalışanların fəaliyyətini də araşdırmalıdır. Ümid edirəm ki, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin fəaliyyəti, orda baş verən qanunsuzluqlar araşdırılar və günahkarlar cəzalandırılar. Bu xidmət tək vətəndaşları deyil, ölən şəxslərin ruhlarını də incidir”.

Günel CƏLİLOVA

Seçilən
31
baki-xeber.com

1Mənbələr