AZ

Belçikanın keçmiş müstəmləkələri Bakıda toplandıVİDEO

"Mərkəzi Afrika ölkələrində baş verən insanlıq faciələri hamıya yaxşı məlumdur. Qlobal icma üçün bu məlumatlar nəzərə alınmalıdır. Heç kim bu faktları tarixdən silə bilməz". Bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda deyib. O, məsələyə hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Xezerxeber.az xəbər verir ki, çıxış edən Konqo nümayəndələri Belçikanın müstəmləkə idarəçiliyi dövründə yerli əhalinin amansız işgəncələrə məruz qaldığını diqqətə çatdırıblar. Onlar bildiriblər ki, Belçika müstəmləkəçiliyi Konqoda 10 milyon insanın ölümünə, onminlərlə şəxsin əlinin kəsilməsinə və mədəni resursların talan edilməsinə səbəb olub.

O da qeyd olunub ki, Belçika müstəmləkəçiliyi Burundinin milli-mədəni dəyərlərini tamamilə məhv edib. Müstəmləkəçilik zamanı hətta insanların adları belə dəyişdirilib.

Konfrans 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlərin çıxışları ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
xezerxeber.az

1Mənbələr