AZ

Yer yeni maqnit qasırğası ilə üz-üzədir

Britaniya Geoloji Xidmətinin məlumatına görə, Günəşdə tac kütləsi atılıb və bu, yaxın günlərdə Yerə maqnit qasırğası şəklində çata bilər.

QHT.az xəbər verir ki, Planetimiz hələ də Günəşin tac dəliyindən gələn yüksək geomaqnit təsiri altında qalır. Alimlərin bildirdiyinə görə, oktyabrın 31-i, noyabrın 1-i və 2-də yeni yüksək sürətli axınlar müşahidə oluna bilər. Oktyabrın 29-da qeydə alınan daha bir tac kütləsi atılmasının isə əlavə təsir yaradacağı ehtimal olunur.

Son illərdə Günəş aktivliyi artmaqdadır — 2008-ci illə müqayisədə günəş küləyinin sürəti 6%, sıxlığı 26%, temperaturu 29%, maqnit sahəsinin gücü isə 31% yüksəlib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu artım daha çox geomaqnit fırtınaları, auroralar və kosmik sistemlər üçün risklər yarada bilər.

 

R.İmanov

Seçilən
49
qht.az

1Mənbələr