AZ

Qoşunlar hazır vəziyyətə gətirildi - Hücum başlayır?

Venesuelanın qonşusu - ada dövləti Trinidad və Tobaqo ordusu hazır vəziyyətə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə "Trinidad Express" məlumat yayıb.

Qərar Müdafiə Qüvvələri Qərargahının iclasından sonra qəbul edilib. Ada dövlətinin əsgərlərinə verilən bir məktubda bunun təlim olmadığı vurğulanıb.

Qoşunlara məzuniyyətdən geri çağırılma ehtimalı barədə də xəbərdarlıq edilib.

Nəşr bu addımı ABŞ-nin Venesuelaya qarşı mümkün hərbi əməliyyatı ilə əlaqələndirir.

Seçilən
70
publika.az

1Mənbələr