AZ

Karib ölkəsi ABŞ-Venesuela gərginliyi fonunda orduya xəbərdarlıq verdi

BAKI, 01 noyabr. TELEQRAF

Venesuela ilə qonşu Trinidat və Tobaqo ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Trinidad Express" məlumat yayıb.

Qərar müdafiə qüvvələrinin qərargah iclasından sonra qəbul olunub. Hərbçilərə bazalara saat 18:00-a qədər gəlmək tapşırılıb və ailələrini mümkün fövqəladə vəziyyətlərə hazırlamaları tövsiyə edilib.

Mənbələrə görə, bu addım ABŞ-nin Venesuelaya qarşı mümkün hərbi əməliyyatı ilə bağlı xəbərlərlə əlaqələndirilir.

“Bu tədbir Müdafiə Qüvvələrini regional və ya milli miqyasda istənilən iğtişaşlara cavab verməyə hazır vəziyyətə gətirmək məqsədi daşıyır,” – deyə "Trinidad Express" yazır.

Qeyd edək ki, daha əvvəl Miami Herald ABŞ-nin yaxın saatlarda Venesuelada hava zərbələri endirə biləcəyini iddia etmiş, lakin ABŞ Dövlət katibi Marko Rubio bu məlumatı təkzib etmişdi.

Seçilən
84
teleqraf.com

1Mənbələr