AZ

Röya 25 illik səhnə fəaliyyətini konsertlə qeyd etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xalq artisti Röya Ayxan sənətə gəlişinin 25 illiyini möhtəşəm konsertlə qeyd edib.

"25 ilin səsi, bir ömrün musiqisi" adlanan yubiley proqramı Heydər Əliyev Sarayında baş tutub. Estrada ulduzu bu gecəyə xüsusi hazırlaşıb. O, həm mahnı repertuarı, həm də səhnə şousu ilə izləyicilərin böyük rəğbətini qazanıb.

Konsertdə Röya sənət fəaliyyətinin nostalji parçalarını və eyni zamanda son dövrlərin populyar hitlərini ifa edib. Sənətçinin bütün çıxışları canlı orkestrin müşayiəti ilə təqdim olunub.

"Mənim üçün bir sürpriz var. O da doğma qardaşım İsmayılın mənə yazdığı "Günahkar kimdir?" adlı mahnıdır. Eyni zamanda Murad Arifdən də yeni mahnımız var. Amma İsmayılın mahnısı daha enerjilidir. Əminəm ki, hamı sevəcək. Bu gün təzə iki mahnı səslənəcək", - deyə müğənni konsertdən əvvəl bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Röya 25 illik səhnə fəaliyyətini konsertlə qeyd etdi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
oxu.az

1Mənbələr