BAKI, 1 noyabr. TELEQRAF
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi Koreya yarımadasının nüvəsizləşdirilməsini “əlçatmaz xəyal” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin müavini Pak Myon Xın danışıb.
Onun sözlərinə görə, Cənubi Koreya hələ də Şimalın nüvə dövlət statusunu qəbul etmək istəmir.
“Cənubi Koreya nə qədər nüvəsizləşmədən danışsa da, bu, tamamilə həyata keçməyəcək bir arzudur”, - diplomat bildirib.