AZ

Luvr muzeyini qarət edənlər futbol matçı zamanı həbs olundular

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Luvr muzeyini qarət etməkdə şübhəli bilinən dörd nəfər oktyabrın 29-da Fransa çempionatının X turu çərçivəsində keçirilən "Paris" - "Lion" matçı zamanı "Stad Jean-Boan" stadionunda saxlanılıb. Bu barədə "FranceInfo" telekanalı məlumat yayıb. 

Həbs oktyabr 19-da reallaşan soyğunçuluğu ilə bağlı istintaqda yeni bir mərhələni əhatə edir. Muzeydən təxminən 88 milyon avro dəyərində zərgərlik əşyaları oğurlanıb və harada olduğu hələ də məlum deyil. Daha əvvəl cinayət yerində işlə əlaqədar iki şübhəli şəxs olunmuşdu. 

Paris prokurorunun sözlərinə görə, işə 100-dən çox müstəntiq təyin edilib. İstintaq həm soyğunçuların hazırlıq fəaliyyətini, həm də faktiki cinayət hadisəsini araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
sport24.az

1Mənbələr