AZ

Mahaçev üç dərəcədə UFC çempionu olmaq barədə: “O qədərini yeyə bilmərəm”

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

UFC-nin yüngül çəkidə keçmiş çempionu, rusiyalı İslam Mahaçev üç çəki dərəcəsində titul qazanmaq barədə danışıb.

İdman.Biz bildirir ki, döyüşçünün 34 yaşı var.

“İkiqat çempion olmağı və tarixə iki kəmər qazanmış bir insan kimi düşməyi xəyal edirəm. Üçüncü titul? Yox, o qədərini yeyə bilmərəm”, - Maxaçev Match TV-yə verdiyi müsahibədə deyib.

Mahaçevin son döyüşü 18 yanvarda baş tutub. Kaliforniyanın Los-Anceles şəhərində keçirilən UFC 311-in əsas döyüşündə Mahaçev braziliyalı Renato Moykano ilə oktaqonu bölüşüb. Rusiyalı idmançı döyüşü ilk raundda boğaraq qazanıb. Bu, Mahaçevin yüngül çəkidə ardıcıl 14-cü qələbəsi olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr