AZ

Argentina prezidenti baş nazirin istefasını qəbul edib

BAKI, 1 noyabr. TELEQRAF

Argentina Prezidenti Xavyer Miley ölkənin Nazirlər Kabinetinin rəhbəri Gilermo Frankosun istefasını qəbul edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı Frankosa gördüyü işlərə görə təşəkkür edib və onun hökumət islahatlarının həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.

Mileyin mətbuat xidmətinin məlumatına görə, bazar ertəsindən etibarən baş nazir vəzifəsini prezidentin rəsmi nümayəndəsi Manuel Adorni icra edəcək. Qərarın siyasi dialoqun yenilənməsi zərurətindən irəli gəldiyi qeyd olunub.

Seçilən
36
teleqraf.com

1Mənbələr