BAKI, 1 noyabr. TELEQRAF
Slovakiya Avropa İttifaqı daxilində Macarıstan və Çexiya ilə birlikdə “anti-Ukrayna bloku”nun yaradılması ideyasını dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyada hakim Smer partiyasının sədr müavini Lyuboş Blaxa “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqında “hələ sağlam düşüncəsini qoruyub saxlayan” siyasətçilərin birgə fəaliyyəti təkcə mümkün deyil, həm də ehtimal olunur.
“Avropa bir neçə onillikdən sonra yenidən bizi müharibəyə, tənəzzülə və xaosa aparan kollektiv dəliyin içindədir”, - deyə Blaxa qeyd edib.