Tovuzda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Azərbaycan Ordusunun Zəfər yolu" adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Sərgidə məktəblilər tərəfindən Vətən müharibəsi və qəhrəman Azərbaycan Ordusunun Zəfər yolu mövzusunda çəkilmiş rəsmlər, vətənpərvərlik ruhunu əks etdirən əl işləri - "Şuşa qalası", "Dəmir yumruq", "Xarıbülbül" və digər kompozisiyalar iştirakçıların marağına səbəb olmuşdur.
Tədbir çərçivəsində məktəblilər vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirmiş, Tovuz Uşaq-Gənclər Şahmat Məktəbinin üzvləri və gənc idmançılar nümunəvi çıxışlar etmişlər.
Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və Zəfərin təbliği məqsədilə təşkil olunmuş sərgi iştirakçılarda xoş təəssürat oyatmışdır.