AZ

İlon Mask: Bayden administrasiyası astronavtların BKS dən qaytarılmasına icazə vermirdi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“SpaceX” şirkətinin rəhbəri İlon Mask bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası 2024-cü il prezident seçkiləri keçirilənədək Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan astronavtların xilas edilməsinə qadağa qoyub.

Bizimyol.info xəbər verir ki, Mask bu barədə məşhur amerikalı komediyaçı və aparıcı Co Roqanın podkastında danışıb.

“Mənə dedilər ki, Ağ Evdən göstəriş gəlib — seçkilərədək heç bir xilasetmə cəhdi edilməməlidir”, – deyə Mask bildirib.

Verilişin aparıcısı ehtimal edib ki, administrasiya bu addımı siyasi risklər səbəbindən atıb. Mask isə vurğulayıb ki, məsələ açıq şəkildə belə izah edilməsə də, “Ağ Evin xilasetmə əməliyyatına maraq göstərmədiyi aydın idi”.

Sahibkar əlavə edib ki, bu qərar onu təəccübləndirməyib, çünki Bayden administrasiyası onun Trampın seçki kampaniyasına göstərdiyi dəstəyə görə Maskla münasibətlərdə soyuqluq nümayiş etdirirdi.

Xatırladaq ki, 19 mart 2025-ci ildə “SpaceX” şirkətinə məxsus “Crew Dragon” kosmik gəmisi “Crew-9” missiyasının heyəti ilə Yerə enib. Missiyanın tərkibinə “Roskosmos”un kosmonavtı Aleksandr Qorbunov və NASA astronavtları Barri Uilmor, Sunita Uilyams və Nik Heyq daxil idi.

Uilmor və Uilyams 2024-cü il 5 iyunda “Boeing Starliner” kosmik gəmisinin ilk pilotlu uçuşu çərçivəsində BKS-ə göndərilmişdilər. Planlaşdırılırdı ki, onlar orbitdə 14 iyuna qədər qalacaqlar. Lakin gəmidə baş verən texniki nasazlıq — bir neçə manevr mühərrikinin sıradan çıxması — səbəbindən onların dönüşü əvvəlcə iyunun 18-nə, daha sonra 26-na, ardınca isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Nəticədə NASA qərara gəlib ki, astronavtlar Yerə yalnız 2025-ci ilin yazında “Crew-9” missiyası ilə birlikdə qayıtsınlar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr