ain.az, Qol.az portalına istinadən məlumat verir.
UEFA 2028 və 2029-cu illərdə keçiriləcək UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası finallarına ev sahibliyi etmək üçün 15 milli assosiasiyadan namizədlik məktubu aldığını təsdiqləyib.
QOL.az xəbər verir ki, qurumun yaydığı açıqlamaya görə, bu məktublar hələ rəsmi müraciət sayılmır. Assosiasiyalar 2026-cı ilin 10 iyununa qədər yekun sənədləri ilə birlikdə rəsmi müraciətlərini təqdim etməlidirlər. Ev sahibləri barədə UEFA-nın İcraiyyə Komitəsi 2026-cı ilin sentyabrında qərar verəcək.
Aşağıda adları qeyd edilən ölkələr bu yarışların həllediici matçları üçün namizədliklərini irəli sürüblər:
UEFA Çempionlar Liqasının finalı
2028
Almaniya – Münhen, “Arena Münhen”
2029
İngiltərə – London, “Uembli”
İspaniya – Barselona, “Kamp Nou”
UEFA Avropa Liqasının finalı
2028
Fransa – Lion-Desen (“Park Olimpik Lion”) və ya Paris (“Park de Prens”)
İtaliya – Turin, “Yuventus Stadyumu”
Rumıniya – Buxarest, “Arena Națională”
Serbiya – Belqrad, “Milli Stadion”
2029
Fransa – Lion-Desen və ya Paris
İtaliya – Turin
Rumıniya – Buxarest
Serbiya – Belqrad
Türkiyə – Ankara, “19 Mayıs Stadionu”
UEFA Konfrans Liqasının finalı
2028
Fransa – Lill, “Pyer Moroa”
Macarıstan – Budapeşt, “Puşkaş Arena”
İtaliya – Turin
Qazaxıstan – Astana (“Astana Arena”) və ya Almatı (“Almatı Arena”)
Polşa – Qdansk, “Arena Qdansk”
2029
Finlandiya – Helsink, “Olimpiya Stadionu”
Fransa – Lill
Macarıstan – Budapeşt
İtaliya – Turin
Qazaxıstan – Astana və ya Almatı
Polşa – Qdansk
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.