AZ

MPL: “Karvan-Yevlax” “Zirə”ylə, "Neftçi" "Kəpəz"lə qarşılaşır

Misli Premyer Liqasında 10-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki matç keçiriləcək. 

Əvvəlcə "Karvan-Yevlax" ilə "Zirə" münasibətlərinə aydınlıq gətirəcəklər. Şamaxıda baş tutacaq qarşılaşma saat 14:00-da başlayacaq. "Qartallar" səfərdən 3 xalla dönə bilsə, azı bir günlük liderin ən yaxın izləyicisi statusunu ələ keçirəcək. 

Günə "Neftçi" - "Kəpəz" oyunu ilə yekun vurulacaq. Samir Abasovun baş məşqçisi olduğu "ağ-qaralar" ev oyunundan maksimum nəticə ilə ayrılmağa köklənib. Belədə bakılılar turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdıraraq liderlərə yaxınlaşacaq. Sonuncu pillədə qərarlaşan aşkar autsayder "Kəpəz" isə kubokda əldə etdiyi uğurlu nəticənin verdiyi motivasiya ilə xal qazanmaq əzmindədir. 

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "İmişli"ni 2:0 yenib. Sabah "Turan Tovuz" "Şamaxı"nı, "Sumqayıt" isə "Araz-Naxçıvan"ı qəbul edəcək. Tura bazar ertəsi keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
10-cu tur
1 noyabr (şənbə)

 
14:00. “Karvan-Yevlax” – “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev, Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu.
 
17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov, Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Palms Sports Arena”.

 

Seçilən
10
fanat.az

1Mənbələr