AZ

“Atəşgah”dan avtomobil sahibləri üçün yeni kampaniya

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Atəşgah” Sığorta Şirkəti avtomobil sahibləri üçün yeni kampaniyaya start verir!

“Qafqazinfo” xəbər verir ki, indi “Visa” kartına sahib olan hər kəs, “Google Pay” və ya “Apple Pay” vasitəsilə ödəniş edərək, KASKO sığortasını 15% endirimlə əldə edə bilər.

1 noyabr – 1 yanvar tarixlərini əhatə edən kampaniya müştərilərə avtomobillərini daha sərfəli şərtlərlə  sığortalamaq imkanı təqdim edir.

KASKO sığorta məhsulu avtomobilin qəza, yanğın, oğurluq və digər gözlənilməz hadisələr nəticəsində dəyə biləcək zərərdən qorunmasını təmin edir. 

Endirimli KASKO sığortasını əldə etmək istəyən müştərilər 940 nömrəsi ilə əlaqə saxlayaraq kampaniyadan yararlana bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
qafqazinfo.az

2Mənbələr