AZ

Poqba debütü ərəfəsində zədələndi - SON DURUM

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba çoxdan gözlənilən dönüşü ərəfəsində zədələnib.

Fanat.Az xəbər verir ki, Fransa Liqa 1-in 11-ci turunda "Paris"lə qarşılaşacaq moneqasklıların oyunöncəsi məşqinə Fransa millisinin üzvü də qoşulub.

Ancaq daha sonra Poqbanın topuğundan zədələndiyi və klubda debütünün bir qədər də yubanacağı açıqlanıb. 

"Footmercato" "Monako"nun baş məşqçisi Sebastyan Pokoqnolinin fikirlərini belə çatdırıb: 

"Bu zədənin nə qədər ciddi olduğunu görmək üçün gözləmək lazımdır. Poqbanın qayıdışı ilə bağlı vaxt qrafiki hazırda məlum deyil. Onda işlər yaxşı getmir, lakin yaşadığı şeylərdən sonra ona indi kömək etməliyik".

Xatırladaq ki, Pol Poqba sonuncu dəfə 2023-cü ilin sentyabrında Turinin “Yuventus”unda çıxış etdiyi zaman rəsmi matçda meydana çıxıb.

Mirağa

Seçilən
19
1
fanat.az

2Mənbələr