AZ

ABŞ-nin keçmiş administrasiyası kosmonovtların xilas edilməsini qadağan etmişdi - Mask

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası İlonMaskın 2024-cü il prezident seçkiləri keçirilənədək BeynəlxalqKosmik Stansiyada (BKS) çıxılmaz vəziyyətdə qalmış astronavtlarıxilas etməsinə qadağa qoyub.

Trend xəbər verirki, bu bəyanatı Maskın özü məşhur amerikalı teleaparıcı Co Roqanın“YouTube” portalında yayımlanan podkastında danışıb.

“Mənə dedilər ki, Ağ Evdən göstəriş gəlib – seçkilərədək heç birxilasetmə cəhdi edilməməlidir”, – deyə Mask bildirib.

Aparıcı Bayden administrasiyasının Maskın xilasetmə əməliyyatınıkeçirməsinin, siyasi baxımdan uğursuz addım kimi görünə biləcəyiüçün, icazə vermədiyinin mümkünlüyünə diqqət çəkib .

“SpaceX” rəhbəri buna cavabında deyib:

“Onlar açıq şəkildə bunun pis siyasi addım olacağını demədilər,sadəcə seçkilərədək hər hansı xilasetmə əməliyyatında maraqlıolmadıqlarını hiss etdirdilər.”

Məqalədə:
Seçilən
26
2
az.trend.az

3Mənbələr