Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Britaniyalı jurnalist Pirs Morqan özünün "X" sosial media səhifəsində Portuqaliya millisi və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ilə yeni bir şəkil paylaşıb.Demokrat.az xəbər verir ki, Morqan futbolçu ilə gələn həftə yayımlanacaq müsahibəni anons edib."Kriştianu Ronaldunun həyatının ən şəxsi və səmimi müsahibəsi. Bütün dövrlərin ən böyük futbolçusu ilə Səudiyyə Ərəbistanındakı evində 80 dəqiqə söhbət etdim", - Morqan yazıb.Xatırladaq ki, üç il əvvəl Ronaldu Morqana verdiyi müsahibədə o vaxtlar oyunçu olduğu "Mançester Yunayted"i tənqid etmişdi. Xüsusilə, Ronaldu məşqçinin ona hörmət etmədiyini bildirmişdi. O həmçinin klubun inkişafından məyus olduğunu da ifadə etmişdi. Bu müsahibə Ronaldunun "Mançester Yunayted"lə müqaviləsinin ləğvinə səbəb olmuşdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.