BAKI, 1 noyabr. TELEQRAF
Tacikistanın Xatlon vilayətində arxeoloqlar qədim bir şəhərin qalıqlarını aşkar ediblər. Qazıntılar zamanı qiymətli tarixi artefaktlar tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistanın Tarixi-Mədəni İrsi Qoruma İdarəsi məlumat yayıb.
Tapılmış Andiçaroq yaşayış məntəqəsi qədim Xuttal bölgəsinin bir hissəsi hesab olunur. Bu orta əsr knyazlığı VII-XVI əsrlərdə indiki Tacikistan ərazisində yerləşib.
“Yaşayış məntəqəsinin mərkəzi meydanı təxminən 14 hektar sahəni əhatə edir. Qazıntılar zamanı 100-dən çox arxeoloji artefakt tapılıb. Onlar arasında qədim sikkələr, keramika, ağac oyma və dəmirçilik məmulatları var. Həmçinin bu ərazidə əkinçilik izləri, əl və su dəyirmanları aşkar edilib”, - qurumun direktoru Şerəli Xocazoda bildirib.

Qeyd edək ki, bundan əvvəl paleontoloqlar Tacikistan ərazisində ördəkağızlı dinozavrın kəllə sümüyünün fraqmenti tapılmışdı.